DÇ-2022: Fransa millisi finalda
    • 15-12-2022, 00:56
    • 425

DÇ-2022: Fransa millisi finalda

Qətərdə keçirilən dünya çempionatında sonuncu finalçının adına aydınlıq gəlib.

News24.az
xəbər verir ki, yarımfinalda Mərakeş yığmasını 2:0 hesabı ilə məğlub edən Fransa millisi həlledici qarşılaşmada Argentinaya rəqib olub.
Matçda hesab erkən qolla açılıb. 5-ci dəqiqədə Teo Ernandes komandasını önə keçirib. 79-cu dəqiqədə isə Randal Kolo Muani ikinci topu afrikalıların qapısından keçirməklə son nöqtəni qoyub.

Beləliklə, dekabrın 18-də oynanılacaq final görüşündə Argentina və Fransa kollektivləri üz-üzə gələcəklər. Bir gün öncə isə Mərakeş və Xorvatiya seçmələri 3-cü yer uğrunda oyunda qarşılaşacaqlar.

00.41

Qətərdə keçirilən dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında yarımfinal oyununda hesab dəyişib.

News24.az xəbər verir ki, Avropa təmsilçisi 80-ci dəqiqədə 2-ci topu rəqibin qapısından keçirib. "Xoruzlar"ın heyətində Randal Kolo Muani fərqlənib.


00.08

Qətərdə keçirilən dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında yarımfinal oyununda ikinci hissə başlayıb.

News24.az-ın məlumatına görə, ilk yarıdan sonra Avropa təmsilçisi hesabda öndədir - 1:0.


***


23.55

Dünya çempionatının ikinci yarımfinal oyununda - Fransa və Mərakeş qarşılaşmasında ilk hissə başa çatıb.

News24.az xəbər verir ki, ilk hissə Fransa millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

***

23:05

Fransa və Mərakeş oyununda hesab açılıb.


News24.az xəbər verir ki, Teo Ernandes oyunun 5-ci dəqiqəsində vurduğu qolla Fransa millisini önə çıxarıb.

***
23:02

Dünya çempionatının ikinci yarımfinal oyununda - Fransa və Mərakeş milliləri arasında qarşıdurmaya start verildi.


News24.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.