-
- 19-12-2022, 16:14
- 281
KTMT gələn il NATO ilə sərhəddə hərbi təlimlər keçirəcək
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 2023-cü ildə təşkilatın qərb sərhədlərində bir sıra təlimlər keçirməyi planlaşdırır.
News24.az xəbər verir ki, bunu KTMT Baş katibi Stanislav Zas “Sputnik” saytlarının iştirakı ilə təşkil olunmuş Moskva-Astana-Bişkek-İrəvan-Minsk videokörpüsündə çıxışı zamanı bildirib.
“Rusiya ilə birgə Belarus ərazisində həyata keçirilən tədbirlər çəkindirmə xarakterlidir”, - deyə Zas KTMT-nin qərb sərhədlərinin möhkəmləndirilməsinin zəruriliyi ilə bağlı sualı cavablandırıb.
O həmçinin əlavə edib ki, bu tədbirlər indiki vəziyyətdə kifayət olsa da, gələn il KTMT tərəfindən bir sıra təlimlər planlaşdırılıb. O bunun həm də “strateji çəkindirmə” tədbiri kimi qiymətləndirilə biləcəyini deyib.
“Təşkilatın sülhməramlı qüvvələrinin yaradılmasına gəlincə, hazırda hər hansı genişləndirmə nəzərdə tutulmur. Həmçinin, biz sülhməramlı qüvvələrimizin böyük bir qrupunu, zərurət yarandığı təqdirdə tez bir zamanda yerləşdirə bilərik və bunun üçün hər şeyimiz var", - Zas vurğulayıb./ apa.az