Nərmin Kərimbəyova BOŞANDI
    • 19-12-2022, 16:30
    • 1 118

Nərmin Kərimbəyova BOŞANDI

Müğənni Nərmin Kərimbəyova boşanıb. 

News24.az xəbər verir ki, o bu haqda “Düzünə qalsa” verilişində deyib:

“Şəxsi həyatım barədə çox uzun, dərin danışa bilmərəm. Amma onu deyə bilərəm ki, Nərmin üçün karyera heç vaxt ailədən üstün olmayıb. Olmayacaq da. Nərminin savadı, ağlı, enerjisi imkan verir ki, o hər ikisini idarə edə bilsin. Onu deyə bilərəm ki, özümü, ailəm, anam, qızım və qardaşımla çox xoşbəxt hiss edirəm. Yalnız bu! Başqa insan barədə qəti danışa bilməyəcəm! O ki, qaldı nə zamansa ikinci dəfə ailə qurmağa... Həmişə çox uşaq istəmişəm. Ən azı iki övladım olsun. Tək övladım var bilirsiniz. İstərdim yenidən bir qız, bir oğlum olsun. Çox vaxt özümü unutmuşam həyatda. Çox vaxt özümə yetərincə diqqət ayırmamışam".