Liviyada 17 nəfər ölüm hökmünə məhkum edildi
    • 20-12-2022, 09:57
    • 212

Liviyada 17 nəfər ölüm hökmünə məhkum edildi

Liviyada məhkəmə 17 nəfər barəsində ölüm hökmü çıxarıb.

News24.az xəbər verir ki, həmin şəxslər İŞİD terror qruplaşmasına qoşulmaqda və vəhşiliklər törətməkdə təqsirli hesab ediliblər. 

Tripoli məhkəməsi həmçinin iki nəfəri ömürlük həbsə, daha 14 nəfəri isə daha yüngül cəzalara məhkum edib. /AFP/

Teymur Məmmədov