Xankəndi-Şuşa yolunda nələr yaşanır? -SON DURUM
    • 20-12-2022, 11:25
    • 402

Xankəndi-Şuşa yolunda nələr yaşanır? -SON DURUM

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının iştirakçıları fləşmob təşkil ediblər.

News24.az xəbər verir ki, aksiya iştirakçıları tərəfindən ekologiyanı qorumağa çağıran 884 kubik-rubikdən ibarət olan mozaik portret yığılıb.

Belə ki, gənclər portretin üzərinə "Save the ecology" yazıblar.

Fasiləsiz dinc aksiyanın iştirakçıları "Save the ecology" yazısının ətrafında bayraqlarla durublar. Daha sonra onlar "Save the ecology” şüarı səsləndiriblər.

Bu da onun göstəricisidir ki, 9 gün davam edən sülh aksiyası ekoloji faciənin qarşısını almağa yönəlib.

Fasiləsiz dinc aksiyası iştirakçıları ekologiyanı üstün tutur, ekologiyanı qorumaq üçün tələblər irəli sürür və tələblərin yerinə yetirilməsini gözləyirlər.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 9 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb./report.az