-
- 20-12-2022, 13:39
- 428
"Koronavirus infeksiyası yenidən alovlanıb" - İnfeksionist
"Son günlər insanlar arasında bir neçə virus infeksiyası yayılıb".
Bu fikirləri News24.az-a açıqlamasında həkim infeksionist Mərdan Əliyev deyib. Həkim vurğulayıb ki, son günlər insanlar arasında kəskin tənəffüs infeksiyası geniş yayılıb: "Bu yuxarı tənəffüs yollarını tutduğu üçün ən çox ağırlaşma ağciyərlərə təsir edir və pnevmoniya yaranır. Bu xəstəliyi insanlar daha ağır formada keçirir və insanlarda daha çox halsızlıq və qızdırma müşahidə edilir".
Həkim son günlər insanlar arasında koronavirus infeksiyasının artdığını da əlavə edib.
"Təbii ki, burada koronavirus infeksiyasının da payı var. Biz bəzən xəstələri koronavirus infeksiyasından şübhələnib göndərəndə bu çıxmır və başqa cür virus infeksiyası kimi özünü büruzə verir. Hazırda bu xəstəlik həm uşaqlar, həm də böyüklər arasında yayılıb. Bu gün bizim statistikada göstərilən rəqəmlər də tam reallığı əks etdirmir. Çünki insanların bir çoxu evdə müalicə olunur. Çox böyük ehtimalla son günlər yayılan koronavirusdur. Təbii ki, ilk növbədə maskalardan istifadə etmək lazımdır. Yaxşı olardı ki, virusa yoluxan şəxs 1-2 həftə ərzində özünü ev şəraitində qorusun".
Aynurə