Bakı məktəblərində təhsil alan şagirdlərin SAYI
    • 20-12-2022, 14:59
    • 206

Bakı məktəblərində təhsil alan şagirdlərin SAYI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 483 223 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 28 437 müəllim məşğul olur.  

News24.az xəbər verir ki, bu barədə BŞTİ-dən məlumat verilib. 

Bildirilir ki, İdarənin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 331 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 45 245, IX siniflərində 40 023, XI siniflərində 26 438, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər şagird təhsil alır.