Avtobus sürücüsü sərnişinin həyatını xilas etdi
    • 20-12-2022, 15:31
    • 274

Avtobus sürücüsü sərnişinin həyatını xilas etdi

Bu gün saat 18 radələrində “Menloq” MMC-yə məxsus 71 nömrəli müntəzəm marşrut xətti üzrə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edən avtobusda olan sərnişinlərdən birinin halı pisləşib. Sürücü dərhal avtobusu dayandırıb və təcili tibbi yardım çağırıb.

News24.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O bildirib ki, Lakin tıxac olduğundan TTY briqadasının əraziyə çatmasında çətinlik yaranıb: "Həmin vaxt ərazidən keçən Bakı Nəqliyyat Agentliyinin əməkdaşı Xəqani Abuzərov şəxsi minik avtomobili ilə sərnişini xəstəxanaya çatdıraraq həyatını xilas edib. Hazırda sərnişinin vəziyyəti normaldır".