-
- 20-12-2022, 16:27
- 251
“Tərtər işi”ndə əsas təşkilatçı olan yüksəkrütbəli məmur kimdir?” — Hüquq müdafiəçisi yeni sirlər açır
“Tərtər işi” Azərbaycan hüquq sisteminə böyük ləkə gətirib. Bu ləkənin təmizlənməsi olduqca vacibdir. Əgər insanların hüquq sisteminə inamını qaytarmaq istəyiriksə, mütləq “Tərtər işi” ilə əlaqədar baş vermiş hadisənin motivlərini dəqiq tapıb, ortaya qoymalıyıq”.
News24.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Çingiz Qənizadə “Tərtər işi” ilə bağlı aparılan istintaq prosesində yol verilən yanlışlıqlarla bağlı danışarkən deyib.
O bildirib ki, bu işdə əli olan şəxslər mütləq cəzalandırılmalıdır:
“Burada hansı niyyətlər, məqsədlər, çirkin əməllər və tapşırıqlar olub? Qanunazidd göstərişləri verən və işgəncələri reallaşdıran, bu hadisələrə göz yumanlar kimlərdir? Bu cür qanunsuz hərəkətlərin qarşısı niyə vaxtında alınmayıb? Kimlər onun istintaqını aparıb, kimlər işgəncə verib, kimlər bunlarla bağlı qanunsuz hökmlər çıxarıb? Bütün bunlar araşdırılmalıdır. Hüquq sistemi dedikdə təkcə istintaqı aparan və ya işgəncə verən qurum nəzərdə tutulmur. Eyni zamanda saxta ekspertiza rəyləri verən, məhkəmə hökmləri çıxaran hakimləri də nəzərdə tuturam. Ona görə də hesab edirəm ki, bu ləkə mütləq təmizlənməlidir”.
Hüquq müdafiəçisinin sözlərinə görə, insanları düşündürən sual odur ki, bu hadisələr hansı məqsədlə törədilib:
“Bu hadisələrin törədilməsində əsas məqsəd o idi ki, ölkə başçısını inandırsınlar ki, guya Azərbaycan ordusunda bu cür çirkinliklər var və belə ordu ilə biz Qarabağı işğaldan azad edə bilmərik. Bununla da prosesi ləngitmək və uzatmaq niyyəti güdən, bəlkə də hansısa dövlətlərin tapşırığını icra edən çox yüksəkrütbəli bir məmurun səyi və göstərişi nəticəsində hüquq mühafizə orqanları bu cür hərəkətlərə bulaşıb və göz yumublar”.
Ç.Qənizadə bildirib ki, Milli Məclisdə çıxışları zamanı millət vəkilləri Zahid Oruc və Qənirə Paşayeva haqqın yanında olmaqla bərabər, həm də hüquqları pozulan, işgəncə görən insanların səsini gec də olsa parlamentdə qaldırıblar:
“İndiyə qədər çox susqunluq olmuşdu. Hamımızı inandırmağa çalışırdılar ki, orduda belə xoşagəlməz hallar var. Təəssüf ki, işgəncələr nəticəsində ölən və 405 nəfər zərərçəkmiş var. Artıq onlarla şəxs bəraət alıb. İşgəncələrə dözməyib həyatlarını itirənlərin üstündən satqın və Vətən xaini ittihamları götürülüb. Bütün ailə üzvlərinin mənəvi haqqı özlərinə qaytarılıb. Son dövrdə prokurorluğun qəbul etdiyi qərarlar bir ailəyə, bir kəndə, el-obaya yenidən baş ucalığı gətirib”.
Hüquqşünas hələlik yüksəkrütbəli şəxslərin cəzalanması ilə bağlı addımların atılmamasından təəssüf hissi keçirdiyini qeyd edib:
“Düzdür, həbs olunan general da var. Amma hesab edirəm ki, cinayət işinin törədilməsində bilavasitə aktivlik göstərən, pərdə arxasında dayanıb göstəriş verən şəxslər də üzə çıxarılmalıdır. Və bu şəxslərin vəzifəsindən çıxarılması digərlərinə bir dərs olmalıdır. Hər kəs bilməlidir ki, gec-tez öz qanunsuz əməllərinə görə cavab verəcəklər”. / Globalinfo.az