-
- 20-12-2022, 17:37
- 236
"Cəbhədə vəziyyət son dərəcə çətindir"
Rusiya prezidenti Vladimir Putin Rusiyanın Ukraynada ilhaq etdiyi dörd bölgədə vəziyyətin “son dərəcə ağır” olduğunu bəyan edib və Rusiya kəşfiyyat orqanı Federal Təhlükəsizlik Xidmətinə (FSB) oradakı insanların “təhlükəsizliyini” təmin etməyi tapşırıb.
News24.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Qüvvələri Gününün qeyd edilməsində çıxış edən Putin ölkədə müşahidə tədbirlərinin artırılmasına çağırıb.
Həmçinin, o FSB-dən həm xaricdən, həm də yerli “satqınlardan” gələn “yeni təhdidlərə” cavab olaraq, cəmiyyətdə və sərhədlərdə müşahidə fəaliyyətini artırmağı tələb edib.
Bununla yanaşı, Putin çıxışında "Donetsk və Luqansk xalq respublikalarında, Xerson və Zaporojjya vilayətlərində vəziyyət olduqca çətindir", - deyə vurğulayıb.
Putinin bu bəyanatı Ukraynaya işğalın planlaşdırıldığı kimi getmədiyini açıq şəkildə ictimai etiraflardan biri olub. /unikal