Zelenski ən qızğın döyüşlər gedən Baxmuta gəldi
    • 20-12-2022, 17:46
    • 232

Zelenski ən qızğın döyüşlər gedən Baxmuta gəldi

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusu ilə şiddətli toqquşmaların baş verdiyi Baxmut şəhərinə səfər edib.

News24.az xəbər verir ki, səfəri zamanı Zelenski şəhəri müdafiə edən ukraynalı əsgərlərlə görüşüb. 

Əsgərlərə mükafatlarını təqdim edən Ukrayna prezidenti göstərdikləri şücaətə görə onlara təşəkkür edib. O, həmçinin komandirdən əməliyyat vəziyyəti, maddi-texniki təminat barədə də məruzə alıb.

Zelenski və onu müşayiət edənlər də müharibədə həyatını itirən əsgərlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

Qumral Əliyeva