Kolumbiyada yanacaq çəni partladı - Ölən var
    • 22-12-2022, 09:36
    • 135

Kolumbiyada yanacaq çəni partladı - Ölən var

Kolumbiyanın Barranquilla şəhərində yanacaq çəni partlayıb.

News24.az xəbər verir ki, anbarda istifadə edilən yanacaq çəninin partlaması ilə başlayan yanğın qısa zamanda genişlənib. Qara tüstü buludu ətrafı bürüyüb. 

Yanğına müdaxilə edən yanğınsöndürənlərdən biri dünyasını dəyişib. Alovun nəzarət altına alınmasının 3-4 gün çəkə biləcəyi bildirilir.

Barranquila meri çəndəki yanacağın tam yanmasını gözlədiklərini açıqlayıb.

Ehtiyat tədbiri olaraq limanda fəaliyyət dayandırılıb, ərazidə olanlar təxliyə edilib.

Partlayışın səbəbi hələlik məlum deyil. /Haber Global/ 

Teymur Məmmədov