Ailə faciəsi - Arvadını və 5 yaşlı oğlunu boğaraq öldürdü
    • 7-12-2022, 10:00
    • 340

Ailə faciəsi - Arvadını və 5 yaşlı oğlunu boğaraq öldürdü

Belçikada dəhşətli qətl hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Flamand bölgəsindəki Dendermonde şəhərində yaşanıb. 

İsmail Y. mübahisə zəminində 6 aylıq hamilə həyat yoldaşı Cənnət K.Y.-ni, daha sonra isə 5 yaşlı oğlu Efeni boğaraq öldürüb.

Həyat yoldaçını və övladını öldürən şəxs cinayətdən bir gün sonra polisə təslim olub. 

Türkiyədə doğulan və evləndikdən sonra Belçikada məskunlaşan İsmail Y.-nin hadisə zamanı narkotikin təsirində olduğu bildirilib. /CNN Türk/

Teymur Məmmədov