-
- 22-12-2022, 10:27
- 271
Zelenksi İranı “terrorçu dövlət” adlandırdı
Ukrayna Prezidenti Vladimir Zelenski respublikaçılar və demokratların birgə iştirak etdiyi ABŞ Konqresində üzvlərə müraciət edib.
News24.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris və ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin sədrliyi ilə keçirilən sessiyada konqres üzvləri Zelenskini alqışlarla qarşılayıblar.
Çıxışına konqres üzvlərinə, xüsusən də Amerika xalqına təşəkkür etməklə başlayan Ukrayna Prezidenti növbəti ilin dönüş nöqtəsi olacağını bildirib: “Bütün tutqun mənzərələrə baxmayaraq, Ukrayna yıxılmadı. Ukrayna diridir və hücumları dəf edir”.
O, bu müharibədə amerikalıların və avropalıların da qələbə qazandığını bildirib.
Ukrayna əsgərlərinin mübarizəsini 1944-cü ildə Hitlerə qarşı döyüşmüş Amerika əsgərləri ilə müqayisə edən Zelenski “Ukrayna heç vaxt təslim olmayacaq”, - deyə bildirib.
Zelenski həmçinin Rusiya və İranı “terrorçu dövlət” olmaqda ittiham edib.
Çıxışında tez-tez “demokratiya” sözünü vurğulayan Zelenski Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.