Messi baş məşqçiyə qəzəbləndi
    • 21-07-2018, 11:13
    • 1 170

Messi baş məşqçiyə qəzəbləndi

 News24.az xəbər verir ki, Argentinanın aparıcı media qurumlarından olan "TYC Sports"  nəşri ulduz fiutbolçu Messi və Argentina milli komandasının baş məşqçisi Sampaoli arasında Xorvatiya matçından sonra mübahisə düçməsi barədə məlumat yayıb.

İddiaya görə, 0:3 hesablı məğlubiyyətdən sonra Messi hər kəsin önündə qışqıra-qışqıra Sampaoliyə bu sözləri deyib: 

"Mənə ən azı 10 dəfə hansı futbolçunu ilk "11-lik"də görmək istədiyimi soruşdun. Heç birində ad çəkmədim. Əgər kiminsə adını çəkmişəmsə, bütün komandanın önündə de".

Xatırladaq ki, istefaya göndərilən baş məşqçi Xorxe Sampaolinin komanda heyətini Lionel Messinin istəyi ilə qurduğu bildirilirdi.