Bakıda 3 aylıq oğlunu küçəyə atan qadının adı məlum oldu – Açıqlama verdi
    • 22-12-2022, 12:41
    • 323

Bakıda 3 aylıq oğlunu küçəyə atan qadının adı məlum oldu – Açıqlama verdi

Dekabrın 19-da saat 19:00 radələrində Bakı şəhər Binəqədi rayonu Gülüstan küçəsi 125 ünvanında küçəyə atılmış 3 aylıq oğlan uşağının anasının kimliyi məlum olub.

News24.az-ın əldə etdiyi məlumata görə, küçəyə atılan 3 aylıq körpə Ü.Qədimovun (01.09.2022-ci il doğumlu) anasının Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Şəfiqə Mərdan qızı Qədimova olması üzə çıxıb. Uşaq tapılarkən onun yanında bəzi sənədləri də olub. Körpənin anası Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə dəvət edilib.

Ş.Qədimova bildirib ki, uşağı atası küçəyə atıb. Belə ki, o, həyat yoldaşından boşanıb və keçmiş əri arabir uşağı görməyə onlara gəlirmiş Hadisə də həmin vaxt baş verib.

Qeyd edək ki, küçədən tapılan uşaq “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib.

Taleh Bağırov