Bakıda elektrik dirəyi yük maşınının üzərinə aşıb - FOTO
    • 17-01-2019, 18:11
    • 733

Bakıda elektrik dirəyi yük maşınının üzərinə aşıb - FOTO

Bakının şəhəri Səbail rayonunun Bayıl qəsəbəsində (“Jurnalistlər binası”nın qarşısında) elektrik dirəyi yük maşının üzərinə aşıb.

Nəticədə yük maşını digər avtomobilə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, qəzanın fəsadları aradan qaldırılır.
Qeyd edək ki, foto jurnalist Aygün Muradxanlıya məxsusdur.

//Report