-
- 22-12-2022, 17:08
- 219
Kəmaləddin Heydərov türkiyəli nazirlə GÖRÜŞDÜ
Türkiyədə səfərdə olan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qardaş ölkənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi ilə görüşüb.
FHN-in Mətbuat Xidmətindən verilən News24.az-a məlumata görə, görüş zamanı iki ölkə arasındakı münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi vurğulanıb. Qeyd olunub ki, 2021-ci ilin iyul-avqust, 2022-ci ilin iyun ayında Türkiyədə baş vermiş güclü meşə yanğınları zamanı birgə fəaliyyət nəticəsində yanğınların qarşısının alınması və söndürülməsi bir daha əlaqələrin sıx və sarsılmaz olduğunun sübutudur.
Görüşdə meşə yanğınları ilə mübarizə istiqamətində iki qurum arasındakı əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin, meşə yanğınlarına qarşı mübarizə tədbirlərinin təhlili, monitorinqinin aparılması və meşələrin yanğından mühafizəsi sahəsində erkən xəbərdarlıq sistemlərinin tətbiqi, habelə bu sahədə birgə təlimlərin keçirilməsi məsələləri də nəzərdə keçirilib.