Bakıda avtomobil yol kənarında maneəyə çırpıldı, ölən var
    • 23-12-2022, 01:00
    • 173

Bakıda avtomobil yol kənarında maneəyə çırpıldı, ölən var

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən News24.az -a bildirilib ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, içərisində 1 nəfərin olduğu “Hyundai” markalı minik avtomobili yol kənarında maneəyə çırpılıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.