G7 ölkələri Ukraynanı dəstəkləməyə davam edəcək
    • 23-12-2022, 10:54
    • 246

G7 ölkələri Ukraynanı dəstəkləməyə davam edəcək

ABŞ, Kanada, Fransa, İtaliya, Yaponiya, Böyük Britaniya və Almaniyadan ibarət G7 ölkələri Rusiyanın Ukraynaya qarşı müharibəsini bir daha pisləyərək, müharibənin nə qədər davam etməsindən asılı olmayaraq, Ukraynanı dəstəkləməyə davam edəcəklərini bəyan ediblər.

News24.az xəbər verir ki, G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra verilən bəyanatda Belarusun Rusiyanın başlatdığı müharibədə iştirakının bədələnin böyük olacağı bildirib. 

Aşıqlamada qeyd olunub ki, G7 ölkələri insanların həyatını xilas etmək üçün Ukraynanın hərbi və müdafiə texnikasına, xüsusilə hava hücumundan müdafiə vasitələrinə ehtiyacını təcili ödəmək üçün səyləri artırmağı öhdələrinə götürüblər.