-
- 18-01-2019, 10:46
- 1 162
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Madriddə anım tədbiri təşkil edilib
Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin dəstəyi və İspaniyada yaşayan Azərbaycan icmasının təşkilatçılığı ilə Madrid şəhərində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə İspaniya ictimaiyyətinin nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan icmasının nümayəndəsi Cəlal Erken çıxış edərək deyib ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün simvoluna çevrilmiş 20 Yanvar hadisəsi ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına çıxaraq buna qəti etirazını bildirən xalq kütlələrinə qarşı sovet hərbi qoşununun yeridilməsi Azərbaycanda misli görünməyən faciəyə səbəb olub. Vurğulanıb ki, 20 Yanvar faciəsindən dərhal sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımızın kədərini bölüşməsi və sovet rejiminin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi ağrılı-acılı dövrdə xalqımıza dayaq və təsəlli olub. Məhz ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib və cinayəti törədənlərin adları ictimaiyyətə açıqlanıb.
Daha sonra “20 yanvar 1990-cu il. Bakıda dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi” adlı sənədli film və 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgi nümayiş etdirilib. Sənədli film və fotosərgi İspaniya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb, onlara faciə barədə ətraflı məlumat verilib.
//AZƏRTAC