Astarada maşın yolun kənarı ilə gedən piyadanı vuraraq öldürüb
    • 26-12-2022, 10:32
    • 214

Astarada maşın yolun kənarı ilə gedən piyadanı vuraraq öldürüb

Dekabrın 25-də saat 19 radələrində Astara rayonunun Pensər kəndi ərazisində rayon sakini V.İbadova idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolun kənarı ilə gedən rayon sakini A.Quliyevanı vurub.

Bu barədə News24.az-a DİN-dən məlumat verilib. Məlumata görə, nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.