Azərbaycanda azyaşlı qız xərçəngdən vəfat etdi
    • 26-12-2022, 10:34
    • 244

Azərbaycanda azyaşlı qız xərçəngdən vəfat etdi

 “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında yaşayan azyaşlı qız vəfat edib.

News24.az xəbər bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova paylaşım edib: 

"Xərçəng xəstəliyindən əziyyət çəkən Maya qızımız təəssüf ki, həyatını itirdi. Çox çalışdıq ki, onun müalicəsinə kömək edə bilək, dəstək olaq, ancaq alınmadı. Günahsız körpəmizə Allah rəhmət etsin. Mayanın anası çətin vəziyyətdə olduğundan ona Qadın və Uşaq Sığınacağı tərəfindən dəstək göstərilmişdi. Maya sığınacaqda bir müddət qaldıqdan sonra anası öz yanına götürərək sığınacaqla vidalaşmışdı. Yaxın zamanda Mayanın xəstəliyini  öyrəndikdən sonra müalicə olunması üçün müraciətlər etməyimizə və xəstəxanaya yerləşdirilməsinə baxmayaraq, xərçəng xəstəliyindən dünyasını dəyişdi".