Azərbaycanda nənə yetim nəvəsini  evdən çıxardı
    • 11-07-2022, 20:28
    • 330

Azərbaycanda nənə yetim nəvəsini evdən çıxardı

Azərbaycanda anası ölən yeniyetməni nənəsi evdən çıxarıb.

Bu haqda "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkədə məlumat verib. O bildirib ki, yeniyetmə hazırda sığınacaqdadır: "Anası həyatını itirdikdən sonra onu nənəsinə təhvil verirlər. Nənə bir müddət ona baxdıqdan sonra, ona qarşı çox alçaldıcı ifadələr işlədir. Çıxış yolunu intiharda görür və 2 dəfə ard-arda intihara cəhd edir. Sonunda nənə onu evdən çıxarır və polisə getməyini, qalmağa bir yer axtarmağını məsləhət görür. Hazırda 14 yaşlı qızımız sığınacaqda qalır. Tez-tez bizə bildirir ki, anamı istəyirəm və ona görə intihar etmək istəmişəm. Onunla psixoloqumuz məşğulur. Ümid edirik yaşadığı travmaları tezliklə unuda biləcək.."