Ana narkotik almaq üçün 10 yaşlı qızından istifadə edib... - Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ
    • 12-11-2021, 18:34
    • 435

Ana narkotik almaq üçün 10 yaşlı qızından istifadə edib... - Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ

Azərbaycanda daha bir uşaq sığınacağa yerləşdirilib.

News24.az xəbər verir ki, bu haqda "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova feysbuk səhifəsində məlumat verib.
O bildirib ki, sığınacağa yerləşdirilən azyaşlı narkoman anasından davamlı şiddət görürmüş: "Polis tərəfindən gətirilən 10 yaşlı qızımız sığınacağa yerləşdirildi. Qızımızın atası başqa qadınla evlidir və ayrı yaşayır. Anası isə narkotik istifadəçisi olduğundan qızı evdən çıxararaq ona hardan olursa olsun, pul gətirməsini tələb edib. Azyaşlı dəfələrlə buna qarşı çıxmağa çalışıb və çox pis şəkildə döyülüb. Qızımız bildirir ki, hətta ona bıçaqla xəsarət belə yetirib. İndiyədək anasının narkotikini qarşılamaq və döyülməməsi üçün çalışan qız sonda bezərək polisə müraciət edib. Qızın heç bir sənədi, təhsili, tibbi kartı yoxdur. İlk növbədə sənədləri hazırlanacaq və təhsilini bərpa etməyə çalışacağıq".