Azərbaycanda ŞOK HADİSƏ - Kolluqda cinsi əlaqəyə girən tələbəni tutub döydülər
    • 26-12-2022, 13:17
    • 1 498

Azərbaycanda ŞOK HADİSƏ - Kolluqda cinsi əlaqəyə girən tələbəni tutub döydülər

Sumqayıt şəhərində gecə saatlarında tələbə oğlanı döyərək ona xəsarətlər yetirən və mobil telefonunu əlindən alan 1993-cü il təvəllüdlü Vicat Quliyev həbs edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, V. Quliyev barəsində Cinayət Məcəlləsinin 127 və 180-ci (qəsdən sağlamlığa az ağır zərər vurma və soyğunçuluq) maddələri ilə cinayət işi açılıb. Cinayət işinin materailları bir neçə gün əvvəl Sumqayıt şəhər Məhkəməsinə göndərilib. Məhkəmə prosesində hadisənin təfərrüatları məlum olub. 

Belə ki, hadisə vaxtı gecə saat 01 radələrində Vicat evdə spirtli içki qəbul etdikdən sonra hava almaq üçün Sumqayıt şəhər 41-ci məhəlləyə tərəf gedib. O, “Dədə Qorqud” restoranı ilə üzbəüz ağaclıq ərazidə iki kişinin cinsi əlaqədə oluğunu görüb və həmin şəxslərə hücum edib. Vicat cinsi azlıq nümayəndəsi olan şəxsləri yumruq və təpiklə vuraraq döyüb. Həmin şəxslər oradan uzaqlaşarkən onlardan biri –İlkin adlı gənc Vicatın ünvanına ağır söyüş söyüb. Vicat isə onu qovaraq tutub və yenidən vəhşicəsinə döyüb, həmçinin mobil telefonunu əlindən alıb.

Cinayət işi üzrə zərərçəkmiş şəxs olan 20 yaşlı İlkin Şərifov (soyad şərtidir) Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi olması məlum olub. O, ifadəsində bildirib ki, cinsi azlıq nümayəndəsi olan şəxslə təsadüfən qarşılaşıb və onunla 10 manat müqabilində cinsi əlaqədə olmağa razılaşıb:“Universitetin İV kursunda təhsil alıram. “Sprinq” oteldə xidmətçi işləyirdim. Həmin gün saat 24:00 radələrində işdən çıxıb taksiyə mindim, Sumqayıta, evə gəlirdim. Taksidən Sumqayıt Mebel salonunun yaxınlığında düşdüm, evə gedərkən məhkəmə tərəfdən 1 nəfərin gəldiyini gördüm. Həmin şəxsin hərəkətlərindən və geyimindən cinsi azlığın nümayəndəsi olduğunu anladım. Ondan hara getdiyini soruşdum, həmin şəxs isə cinsi azlığın nümayəndəsi olduğunu təsdiq edərək, gecələr yol qırağına çıxıb 10 manat müqabilində cinsi əlaqədə olduğunu dedi. Onunla razılaşandan sonra Sumqayıt Mebel Salonunun arxa hissəsində sakit bir yerə gedərək orada cinsi əlaqədə olmağı təklif etdim. Lakin o, razılaşmadı, “Dədə Qorqud” restoranı ilə üzbəüz yaşıllıq sahəyə getməyi bildirdi. Oraya gedib əlaqədə olarkən adının sonradan Vicat olduğunu bildiyim şəxs gəlib hücum elədi”.

Hər iki şəxs Vicat tərəfindən döyüldükdən sonra onlar oradan uzaqlaşıblar. Lakin bir qədər sonra Vicat İlkini təqib etməyə başlayıb. İlkin qaçaraq taksiyə minsə də, Vicat qışqıraraq kömək çağırıb və bunu görən taksi sürücüsü maşını sürməyib. Vicat və ona qoşulan digər şəxs İlkini tutublar. Bundan sonra Vicat tələbəni döyərək onu sürüyüb və yol kənarına apararaq zərbələr endirib. Nəticədə İlkin Şərifov qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ əng sümüyünün maksilyar sinusun ön divarında sınıq, sağ tərəfli hemosinus, sağ göz qapaqlarının hematoması, konyuktival qansızma, sağ infroorbital yara kimi bədən xəsarətləri alıb. O, aldığı zərbələrdən huşsuz vəziyyətə düşüb. Bu zaman Vicat onun telefonunu üzərindən götürərək gedib.

Özünə gələndən sonra İlkin hadisə barədə atasına məlumat verib və polisə müraciət edilib. Aparılan axtarış tədbirləri ilə həmyerlisini döyən şəxsin Şərur rayon sakoni Vicat Quliyev olması və onun daha əvvəl oğurluq etməsinə görə məhkumluq həyatı yaşaması məlum olub və o həbs edilib.
Sumqayıt şəhər Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli hökmü ilə Vicat Quliyevə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Taleh BAĞIROV