Bakıda dəhşətli hadisə - Toya gedən şəxsin meyiti morqda tapıldı
    • 26-12-2022, 13:45
    • 207

Bakıda dəhşətli hadisə - Toya gedən şəxsin meyiti morqda tapıldı

Bakıda ölümlə nəticələnən yol qəzasının dəhşətli təfərrüatı üzə çıxıb.

News24.az-ın  etdiyi məlumata görə, bu il 25 iyul tarixdə saat 22:35-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində “Toyota Prius”un vurub öldürdüyü Mübariz Həsənovun həmin gün axşam toyda iştirak etməsi və evə qayıdarkən faciəvi hadisənin baş verməsi məlum olub.

Sürücünün təqsirləndirildiyi məhkəmə prosesində mərhumun oğlu bildirib ki, həmin gün atası toya getsə də, evə qayıtmayıb və onu axtardıqda meyitinin morqda olduğunu öyrənib. O, Binəqədi rayon Məhkəməsində keçirilən iclasda deyib: “Atam 1967-ci ildə Ağcabədinin Yeni-Qaradolaq kəndində doğulub və ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yaşayıb. Atam 25 iyul 2022-ci ildə saat 17 radələrində Bakıya toya gedəcəyini deyib evdən çıxıb. Lakin həmin gün evə qayıtmayıb. Telefonunu da unudub evdə qoyduğu üçün onunla əlqə saxlaya bilməmişik. Həmin axşam bibim oğlu da atamın iştirak etdiyi toyda olub. O dedi ki, yolda hadisə baş vermişdi. Orda çoxlu avtomobillər dayanmışdıı, adamlar toplaşmışdıı və ərazidə çoxlu polis əməkdaşları vardı, amma nə baş verdiyini bilməyib. Səhəri gün atamı axtararkən bibim oğlu toydan qayıdanda yolda gördüklərini bizə danışdı. Ona görə də atamın avtomobillə vurulmasını ehtimal etdim. Bundan sonra Ekologiya postuna gedib öyrəndim ki, bir nəfəri maşın vurub və Respublika Xəstəxanasına aparılıb. Bundan sonra həmin xəstəxanaya getdim, orada atamın avtomobillə vurulduğunu və meyitin morqda olduğunu öyrəndim. Bundan sonra meyit tanınması üçün təqdim edildi”.

Toydan evə qayıdan şəxsi maşınla vurub öldürən sürücü isə piyadanın yola qəfil çıxdığını deyib. Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən proses dekabrın 16-da başa çatıb. Məhkəmə sürücünün 2 il sürücülük hüququnun məhdudlaşdırılmasına və 4 il azadlıqan məhrumetmə cəzasına məhkum edilməsinə hökm edib.

Taleh BAĞIROV