“Pianoçu” filminin aktyoru vəfat etdi
    • 27-12-2022, 11:04
    • 301

“Pianoçu” filminin aktyoru vəfat etdi

Məşhur aktyor Ronan Veybert 58 yaşında vəfat edib.

News24.az xəbər verir ki, bu haqda aktyorun meneceri məlumat yayıb. 

Bildirilib ki, aktyor qısa sürən xəstəlikdən sonra Floridada xəstəxanada dünyasını dəyişib.

R.Veybertin xəstəliyinin dəqiq diaqnozu açıqlanmır. 

Qeyd edək ki, Veybert 23 fevral 1964-cü ildə Kembricşirdə anadan olub.

O, “Xortdanın kölgəsi”, “Hetfilds və Makkoys”, “Pianoçu”, “Drakula”, “Borgia”, “Lara Kroft: Tomb Rayder 2 – Həyat beşiyi” və s. kimi ekran işlərində rol alıb. /The Hollywood Reporter/

Teymur Məmmədov