Atasını öldürən oğul:
    • 27-12-2022, 11:24
    • 202

Atasını öldürən oğul: "İnsanabənzər robot idi"

Atasının insanabənzər robotla əvəzləndiyinə inanan şəxs onu öldürüb.

News24.az xəbər verir ki, hadisə ABŞ-ın Mitçel şəhərində (İndiana ştatı) baş verib. 

Heys adlı şəxs qətli törətmədən öncə polisə zəng edərək bu barədə xəbər verib. O, atasını robot hesab etdiyi üçün onu məhv edəcəyini deyib. 

Hadisə yerinə gələn polislər Heysin atasını gülləyərək öldürdüyünü görüblər. 

Heys polis bölməsində də öz versiyasından əl çəkməyib. O, atasını deyil, insanabənzər robotu öldürdüyünü iddia edib.

Həmin şəxsə qarşı ümumilikdə doqquz ittiham irəli sürülüb. Onların arasında təkcə adam öldürmə deyil, həm də döyülmə, meyitin təhqir olunması da var. /WXIN/

Teymur Məmmədov