Çexiya prezidentindən etiraf:
    • 27-12-2022, 12:11
    • 189

Çexiya prezidentindən etiraf: "Rusiyanı ucuz enerji resurslarına görə sevirdim"

Çexiya prezidenti Miloş Zeman əvvəllər ucuz enerjiyə görə Rusiya ilə yaxşı münasibətlərin tərəfdarı olduğunu deyib.

News24.az xəbər verir ki, Milad bayramı müraciəti zamanı Zeman Rusiyanın Ukraynadakı xüsusi əməliyyatlaraını ötən ilin ən əlamətdar hadisəsi adlandırıb: "Mən hər zaman Rusiya ilə ucuz enerji xammalı tədarükünə görə sağlam iqtisadi münasibətlər saxlamağın tərəfdarı olmuşam. Amma elə məqamlar var ki, təhlükəsizlik maraqları iqtisadi maraqları üstələməlidir. Çünki Rusiyanın bəzi addımları Çexiya üçün də təhlükəlidir.".

Zeman əlavə edib ki, Kiyevə yardımın göstərilməsini tam dəstəkləyir. Onun fikrincə, Qərbin təzyiqləri gec-tez Rusiyanı xüsusi əməliyyatı dayandırmağa məcbur edəcək. /Ren Tv/

Teymur Məmmədov