-
- 27-12-2022, 12:32
- 255
9 ildir komada olan "Formula 1" pilotundan xəbər var
"Formula 1" pilotu Mixael Şumaxerin səhhətində irəliləyiş var.
News24.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə onun yaxın dostları məlumat verib.
Bildirilib ki, evində müalicəsi davam edən Şumaxer göz təması qura bilir, lakin o, hələ danışa bilmir.
Xatırladaq ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.
Qumral ƏLİYEVA