-
- 7-12-2019, 18:41
- 963
Şumaxerin oğlu atasının yolunu davam etdirir
Yeddiqat Formula 1 çempionu Mixael Şumaxerin 20 yaşlı oğlu Mik Şumaxer bildirib ki, onun hədəfi 2021-ci ildə Formula 1-in mükafatlı pilotu olmaqdır.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, pilot 2020-ci il mövsümünü Formula 2-də keçirəcək. Avropa Formula 3 turnirinin çempionu, rusiyalı pilot Robert Şvartsman onun komanda yoldaşı olacaq.
“GrandPX.news” Şumaxerin bu sözlərini sitat gətirib: “Əminəm ki, Formula 1 mənim təsəvvür etdiyimdən fərqlənir. Orada daha çox resurs var, daha çox hazırlaşmaq, texnika üzərində daha çox işləmək, tez-tez mexaniklərə müraciət etmək lazımdır. Məhz buna görə də hər gün belə səylə işləyirəm. Mən öyrənirəm və öyrənmək mənim xoşuma gəlir.
2021-ci ildə Formula 1-ə qatıla bilsəm, üstünlüyüm olacaq, çünki mövsüm ərzində 18 düymlük təkərləri olan maşında pilot olacağam. Hədəfim Formula 1-dir. Odur ki, 2020-ci ildə Formula 2 çempionu olmalıyam”.