Mixael Şumaxerin oğlu “Formula 1”də yarışacaq
    • 2-12-2020, 13:23
    • 653

Mixael Şumaxerin oğlu “Formula 1”də yarışacaq

“Formula 1”in əfsanəsi Mixael Şumaxerin oğlu Mik Şumaxer atasının yolunu davam etdirəcək.

News24.az xəbər verir ki, o, 2021-ci ildən “Formula 1” yarışlarında qüvvəsini sınayacaq. 

Bu barədə “Formula 1”in rəsmi saytı məlumat yayıb. 

Qeyd edək ki, Mik Şumaxer bundan əvvəl “Prema Racing” komandasının heyətində "Formula 2"də mübarizə aparıb.