Bakıda gənc qız itkin düşdü
    • 27-12-2022, 13:01
    • 169

Bakıda gənc qız itkin düşdü

Bakıda 24 yaşlı qız itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Xəzər rayonu Binə qəsəbəsində yaşayan Misir Həsənov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək bildirib ki, 24.12.2022-ci il tarixində onunla birlikdə yaşayan qızı 1998-ci il təvəllüdlü qızı Zeynurə evdən çıxıb və bir daha geri qayıtmayaraq itkin düşüb.

Zeynurə Misir qızının əlamətləri: boyu 1.55 santimetr, gözlərinin və saçlarının rəngi qaradır. Evdən çıxan zaman əynində göy rəngli cins şalvar və boz rəngli köynək olub. Zeynurə Misir qızı haqqında məlumatı olanlardan
055-215-21-20
051-841-41-41
055-252-00-71
012-590-72-03
nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.