-
- 27-12-2022, 13:17
- 237
Bakıda ŞOK HADİSƏ - "Tarqovı"da oğurluq edərkən tutuldu
Bakı şəhər Səbail rayonu Nizami küçəsində ("Tarqovı" adlanan məhəllə) yerləşən məşhur şirkətlərdən birindən oğurluq edən şəxs tutulub.
News24.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl Nizami küçəsi 162 ünvanında yerləşən "DolçaSaray MMC"-nin baş ofisində baş verib.
Restoranlar şəbəkəsinin ofisinə daxil olan Şəmkir rayon sakini, 2000-ci il təvəllüdlü Ümid Babayev (şərti ad-soyadlı) ofisdən oğurluq edərkən mühafizəçi tərəfindən tutulub və dərhal polisə məlumat verilib. Bir qədər sonra polislər gəldikdə saxlanılan şəxs müqavimət göstərərək söyüş söyməyə başlayıb. O, saxlanılaraq 39-cu Polis Bölməsinə aparılıb. Burada məlum olub ki, saxlanılan şəxs qazidir. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib, «Füzulinin azad olunmasına görə», «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif edilib.
Saxlanılan şəxs Səbail Rayon Məhkəməsinin qərarı ilə 150 manat məbləğində cərimə edilərək sərbəst buraxılıb.
Taleh BAĞIROV