“Araz” supermarketindən oğurluq edənlər tutuldu
    • 6-10-2022, 14:57
    • 314

“Araz” supermarketindən oğurluq edənlər tutuldu

2 və 3 oktyabr tarixlərində Bakı şəhər Binəqədi rayonunda yerləşən “Araz” supermarketində ərzaq məhsulları oğurlayan şəxslər tutulub.

News24.az-ın məlumatına görə, oktyabrın 2-də supermarketlər şəbəkəsinin 9-cu mikrorayon Mir Cəlal küçəsi 59 ünvanında yerləşən marketindən 138 manat məbləğində yağ oğurlanıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, oğurluq edən şəxs 1970-ci il təvəllüdlü Elxan Məmmədovdur. O, məlum cinayət əməli ilə bağlı tutulub.

Bundan başqa avqust-sentyabr aylarında “Araz” supermarketindən spirtli içki və ərzaq oğurlayan Azər Cəfərzadə də tutulub.

Faktlarla bağlı araşdırma aparılır.