Gəncədə zəncirvari qəzada piyada ölüb, sürücü yaralanıb - YENİLƏNİDİ- FOTO
    • 28-12-2022, 01:58
    • 228

Gəncədə zəncirvari qəzada piyada ölüb, sürücü yaralanıb - YENİLƏNİDİ- FOTO

Gəncədə zəncirvari qəzada ölən piyadanın şəxsiyyəti müəyyən edilib.

Ölən şəxs Gəncə şəhəri Bayan küçəsinin sakini 1992-ci il təvəllüdlü Ramin Musayevdir.

Gəncədə baş verən zəncirvarı qəzada "VAZ-2106” sürücüsü 2001-ci il təvəllüdlü Hüseyn Məmmədov xəsarət alıb.

Onun avtomobili zərbənin təsirindən yararsız hala düşüb. /APA/

***

00.39


Gəncədə piyadının ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Hərəkətdə olan "Mercedes", "VAZ-2106" və "Daewoo Nexia"markalı minik maşınları toqquşub. Qəzadan sonra avtomobilərin biri yolun kənarında dayanan orta yaşlı kişini vurub. Piyada xəstəxanaya aparılarkən ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. /APA/