Şəmkirdə yeniyetmə oğlanı bıçaqlayan şəxs saxlanıldı
    • 28-12-2022, 10:06
    • 268

Şəmkirdə yeniyetmə oğlanı bıçaqlayan şəxs saxlanıldı

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ü. Bayramovu bıçaqlamaqda şübhəli bilinən rayon sakini 2006-cı il təvəllüdlü Sənan Kərimov saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın yerli bürosuna bildirib.

“Faktla bağlı Şəmkir rayon polis şöbəsində araşdırma aparılır”, - o vurğulayıb.