Hava ilə bağlı XƏBƏRDARLIQ
    • 28-12-2022, 13:50
    • 124

Hava ilə bağlı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə duman, çiskin olacaq.


Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.