Sərnişinlə dolu avtobusun təkəri yerindən çıxdı - FOTO
    • 28-12-2022, 14:40
    • 195

Sərnişinlə dolu avtobusun təkəri yerindən çıxdı - FOTO

Sumqayıtda sərnişindaşıyan avtobusun təkəri yerindən çıxıb.

News24.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi ötən gün Babək küçəsində yerləşən “Xəlifə” şadlıq sarayının qarşısında qeydə alınıb.

Belə ki, sərnişinlərlə dolu olan 4 nömrəli avtobus hərəkətdə olarkən arxa təkəri qəfildən çıxıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Taleh BAĞIROV