"Timsah Gena”, “Çeburaşka”, “Tutuquşu Keşa” 3D versiyaları hazırlanır
    • 27-07-2019, 22:47
    • 1 368

"Timsah Gena”, “Çeburaşka”, “Tutuquşu Keşa” 3D versiyaları hazırlanır

“Soyuzmultfilm” “Qızıl kolleksiya”ya daxil olan cizgi filmlərinin 3D versiyalarını yaratmağı planlaşdırır.
News24.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı kinostudiyanın quruluşçu rəssamı Yuri Pronin iyulun 27-də gənc mədəniyyət və incəsənət xadimlərinin “Tavrida 5.0” forumunda bildirib.
O deyib: “Sizi inandırım ki, “Timsah Gena”, “Çeburaşka”, “Tutuquşu Keşa” kimi tanınmış brendlərin hamısı artıq 3D formatda mövcuddur, çünki mən personajlar üzrə rəssamam. Onlar ehtiyatda var, prodüserlərimiz artıq onların reallaşdırılması üzərində çalışırlar”.