-
- 28-12-2022, 18:38
- 341
Erməniyə casusluq edən azərbaycanlının məhkəməsi başladı
Bakı Ağır Cnayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən Hacı Paşayevin işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Hakim bildirib ki, təqsirləndirilən şəxs səhhəti ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasından Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb. Müalicəsi başa çatandan sonra onun Bakı İstintaq Təcridxanasına köçürülməsi istənilib.
Hakim qeyd edib ki, təqsirləndirilən şəxsə təcridxanada ittiham aktı təqdim edilsə də, o, aktı qəbul etməyib.
Təqsirləndirilən şəxs bildirib ki, o, ittiham aktı ilə tanış olmayıb və buna ehtiyac görmür: "Mən ittiham aktı ilə tanış olmaq istəmirəm. Çünki hazırda mən təcridxanada hansı maddə ilə saxlanıldığımı deməmişəm. Təcridxanada saxlanılanlara başqa adla saxlanıldığımı demişəm. Ona görə də mənə ittiham aktının verilməsinə ehtiyac yoxdur".
Müzakirələrdən sonra məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra iş üzrə məhkəmənin baxış iclası yanvarın 12-nə təyin olunub.
İttihama görə, Hacı Paşayev Ermənistan xüsusi xidmət orqanlarına casusluqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283-cü maddəsi ilə (milli, irqi və dini ədavətin qızışdırılması) maddələri ilə ittiham elan olunub. /Trend/