Tanınmış zəngəzurlu ziyalı vəfat etdi
    • 29-12-2022, 12:15
    • 157

Tanınmış zəngəzurlu ziyalı vəfat etdi

Qərbi Azərbaycanın Qarakilsə (Sisiyan) rayonunun tanınmışziyalısı Həmzə Tahirov vəfat edib.

News24.az xəbər verir ki, uzun illər Qərbi Azərbaycan da kolxoz sədri işləmiş, 1972-ci ildə "Şərəf Nişanı",1976 -cı ildə isə "Qırmızı Əmək Bayrağı", 1980 -cı ildə isə "Lenin"ordenləri ilə təltif edilmiş Həmzə Tahirov Novxanı qəsəbəsində dünyasını dəyişib.

Qeyd edək ki, H.Tahirov 10-cu və 11 ci çağırış Ermənistan Ali Sovetin deputatı, Ermənistan KP-nin 26 cı, 27 -ci və 28 ci qurultayına nümayəndə, 27-ci qurultayda Rəyasət heyətinin üzvü olub. 1988 ci il deportasiyasından sonra bir müddət Novxanı sovxozunda sədr işləyib.
O, Saray qəbristanlığında dəfn olunub.