Vaksinasiya ilə bağlı son vəziyyət AÇIQLANDI
    • 29-12-2022, 17:56
    • 190

Vaksinasiya ilə bağlı son vəziyyət AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 427 vaksin vurulub. 

News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 211, ikinci doza üzrə 55, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 140-dır. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 21-dir.