Toydan sonra fişəng atdı, başına iş gəldi
    • 30-12-2022, 14:32
    • 405

Toydan sonra fişəng atdı, başına iş gəldi

Ağdaşda keçirilən toy mərasimindən sonra fişəng ataraq şadyanalıq edən şəxs saxlanılıb.

News24.az-ın  etdiyi məlumata görə, hadisə Ağdaş şəhərində yerləşən “Səma” şadlıq evinin qarşısında baş verib. Həmin şadlıq evində keçirilən toydan sonra – saat 00:30 radələrində bəyin yaxını olan 1990-cı il təvəllüdlü Zaur Əliyev (şərti adlı) fişəng atıb. Bu zaman yaxınlıqdakı polis əməkdaşları oraya yaxınlaşaraq irad bildiriblər və gecə 00-dan sonra fişəng atıb səs-küy salmağın yolverilməz olduğunu bildirib.

Daha sonra fişəng atan şəxsin kimliyi müəyyən edilib və o, saxlanılıb. Polis onun barəsində protokol tərtib edərək məhkəməyə göndərib.
Ağdaş rayon Məhkəməsinin qərarı ilə Z.Əliyevə 150 manat cərimə cəzası verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Taleh BAĞIROV