Çavuşoğlu Pelenin dəfn mərasimində iştirak edəcək
    • 1-01-2023, 21:28
    • 239

Çavuşoğlu Pelenin dəfn mərasimində iştirak edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu əfsanəvi braziliyalı futbolçu Pelenin yanvarın 2-də Santosda baş tutacaq dəfn mərasimində iştirak edəcək.

Prezident Rəcəb Tayyib Ərdoğan Braziliyanın yeni seçilmiş prezidenti Luiz İnasio Lula da Silvanın andiçmə mərasimində Türkiyəni təmsil edəcək nazir Mövlud Çavuşoğluna Pelenin dəfn mərasimində iştirak etməyi tapşırıb.

Qeyd edək ki, Pele dekabrın 29-da müalicə olunduğu San-Pauludakı xəstəxanada vəfat edib. /Trend/