-
- 2-01-2023, 16:27
- 259
ABŞ-da mübahisəli qərar: İnsan cəsədləri gübrəyə çevriləcək
Nyu York ştatında ölənlərin cəsədləri gübrəyə çevriləcək.
News24.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, ABŞ-ın Nyu-York ştatı bununla bağlı təşəbbüsü təsdiqləyib.
Məlumata görə, bu üsul ekoloji cəhətdən tabutla dəfn və kremasiya ilə müqayisədə daha uyğun hesab olunur. Eyni zamanda bu üsulla bir çox şəhərlərdə qəbiristanlıq problemi də həll edilə bilər.
Bu təcrübə ilk olaraq 2019-cu ildə Vaşinqtonda həyata keçirilib.
Gübrələmə prosesi cəsədləri taxta, yonca və ot olan qabda təxminən bir ay saxlamaqla həyata keçirilir. Meyitlərdəki mikroblar tədricən onu gübrəyə çevirir.
Kompostlandıqdan sonra mikrob təhlükəsi olmaması üçün gübrə-cəsəd qızdırılır və daha sonra ölənlərin yaxınlarına verilir.
ABŞ-ın “Recompose” şirkəti bildirib ki, bu üsul zamanı dəfn və ya kremasiyadan 1 ton az karbon ayrılır.
Nyu Yorkdakı katolik rahiblər isə bu üsula qarşı olduqlarını və insan cəsədlərini “məişət tullantıları” hesab etməyin doğru olmadığı bildiriblər.