Bakıda ağır qəza - Avtomobil iki yerə bölündü
    • 4-01-2023, 13:05
    • 162

Bakıda ağır qəza - Avtomobil iki yerə bölündü

Bu gün Bakıda daha bir ağır yol qəzası baş verib.

News24.az xəbər verir ki, Böyükşor gölü üzərindən keçən yolda “Mercedes-Benz E-Class” və “Saipa” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən nəqliyyat vasitələri tamamilə yararsız hala düşüb, “Saipa” bir neçə yerə bölünüb.

Hadisə nəticəsində ölüm qeydə alınmayıb.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, qəza nəticəsində “Saipa” markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.