Azərbaycanda üç futbol komandası ləğv olundu
    • 19-01-2019, 13:35
    • 1 038

Azərbaycanda üç futbol komandası ləğv olundu

AFFA milli komandalarla bağlı siyasətində dəyişiklik edib.

Ötən ilin əvvəlində yaradılan 16, 18 və 20 yaşadək futbol yığmalarımız ləğv olunub.

AFFA İcraiyyə Komitəsinin üzvü və Məşqçilər Şurasının sədri Vaqif Sadıqov saytımıza açıqlamasında bu xəbəri faktiki olaraq təsdiqləyib:
“Bizə yalnız U-17 və U-21 yığmalarımıza məşqçilərin namizədliyinin müzakirəsi tapşırılıb. Bildiyiniz kimi, artıq U-21-ə serbiyalı Milan Obradoviç təyin olunub. U-19-un baş məşqçisi Vüqar Məmməddir. Yalnız U-17-nin baş məşqçisi postu boş qalıb”.

Qeyd edək ki, əvvəl U-16 millimizi Azər Məmmədov, U-18-i Zaur Həşimov və U-20 yığmamızı Rəşad Sadıqov çalışdırıb. Bu üç milli komanda özündən bir üst yığma üçün futbolçu hazırlamaq üçün yaradılmışdı.