Qrip səsinizi tamamilə batıra bilər
    • 7-01-2023, 15:45
    • 306

Qrip səsinizi tamamilə batıra bilər

Qripə görə səsinizi tamamilə itirə bilərsiniz.

News24.az  xəbər verir ki, bu fikirləri otorolorinqoloq həkim Olqa Malçenko səsləndirib.

“Qrip bədənə sürətlə yayılarsa və müalicəsində səhlənkarlığa yol verilərsə ağır fəsadlar törədə bilər. İnsan istənilən virus infeksiyası nəticəsində, o cümlədən, qripə görə səsini itirə bilər. Yuxarı nəfəs yollarında yayılan qrip səs tellərini zədələmək gücündədir”, - deyə həkim xəbərdarlıq edib.

O əlavə edib ki, hazırda Rusiyada yayılan kəskin virus infeskiyası çox təhlükəlidir və sürətli yayılma tempinə malikdir./ lent.az/